Mehdiabadda ağır qəza: ölən var

17 Oktyabr 2016 11:49 (UTC+04:00)

Mehdiabadda maşının öldürdüyü piyadanın adı məlum olub. Movqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 16-da saat 22 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Afiz Mirzəyev vurulub. Xəstəxanaya yerləşdirilmiş A.Mirzəyev orada ölüb.
Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.