Qaxda at 35 yaşlı qadını təpiklə başından vurub

17 Oktyabr 2016 13:00 (UTC+04:00)

Qax rayonunda at qadın sahibinə ağır xəsarət yetirib. Hadisə rayonun Tanqıt kəndində qeydə alınıb.

Burada at 35 yaşlı Tünzalə Hümbətovaya ağır xəsarət yetirib.

Məlumata görə, Laçın rayon sakini T.Hümbətova oğlu ilə birlikdə örüşdən özlərinə məxsus ata tez hərəkət etsin deyə arxadan çubuqla vurub. Bu zaman at T.Hümbətovaya başından təpiklə vurub.

Qadın başından aldığı xəsarətdən huşunu itirib. O, Qax Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.