Mosulda 7 kənd İŞİD-dən azad edildi

17 Oktyabr 2016 13:40 (UTC+04:00)

Mosulda İŞİD terror təşkilatına qarşı başladılan əməliyyatda 7 kənd qruplaşmadan azad edilərək kürd silahlı qüvvələrinin əlinə keçib.

AFP xəbər verir ki, Mosulun azad edilməsinə yönəlik əməliyyata 15 min “peşmərgə”nin (kürd silahlı qruplaşmaları) sövq edildiyi bildirilir .

Gecə yarisi başlayan əməliyyatda türk əsgərlərinin Beşikada təlim verdiyi 1500-ə yaxın döyüşçüsü də iştirak edir.