"Taliban" Əfqanıstanın vitse-prezidentini yaraladı

17 Oktyabr 2016 15:45 (UTC+04:00)

"Taliban" hərəkatının döyüşçüləri Əfqanıstanın vitse-prezidenti Əbdül-Rəşid Dustumu yaralayıblar.

Trend-in verdiyi məlumata görə, bu barədə "Khaama Press" agentliyi xəbər yayıb.

Taliblər onun da olduğu təhlükəsizlik xidmətinin maşın karvanını pusquya salıblar.

Maşın karvanına hücum zamanı 15 əfqan hərbçisi öldürülüb.