Ermənistanda əsgər əsgəri güllələdi

17 Oktyabr 2016 16:00 (UTC+04:00)

Ermənistanda əsgər öz hərbçi yoldaşını öldürməkdə ittiham olunur.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, istintaqın ilkin nəticələrinə əsasən, oktyabrın 5-i əsgər Vaaqna Virabyan öz hərbçi yoldaşı tərəfindən silahla vurulub. Üzündən və sinəsindən aldığı yaralardan əsgər dünyasını dəyişib.

Şübhəli şəxs saxlanılıb. İstintaq davam edir.