SOCAR-ın törəməsi "Petkim"dəki payının daha bir hissəsini satıb

17 Oktyabr 2016 19:00 (UTC+04:00)

"SOCAR Türkiye Enerji" "Petkim Petrokimya Holding A.Ş."-dəki ümumi dəyəri 152 mln. lirə olan payını satıb.

Şirkətin yaydığı məlumata görə, birjada satılan səhmlərin nominal dəyəri 4,35 lirə, səhmlərin sayı isə 35 mln. ədəddir.

"Bununla da "SOCAR Türkiye Enerji"nin payını 54,65%-dən 53,32%-dək azalıb. "SOCAR Türkey Petrokimya A.Ş."-nin "Petkim"də sahibi olduğu 51%-lik payında heç bir dəyişiklik olmayıb, birbaşa sahib olduğumuz səhmlər 3,65%-dən 1,32%-ə düşüb", - deyə şirkətin açıqlamasında deyilir.