Körpə iyulda doğulacaq
15 Yanvar 2013 16:11 (UTC+04:00)
Movqe.Az bildirir ki, İngiltərə kral
taxtının ikinci sıradakı varisi Şahzadə Uilliam ilə həyat yoldaşı
Keytin körpəsinin iyul ayında dünyaya gələcəyi açıqlanıb. İngilis
qəzetlərindən "The Daily Mail"-in saytında yer alan xəbərə görə,
Onların əkiz körpə gözlədiyi iddiaları ortada gəzərkən "St James's
Palace"da edilən çıxışda, "körpə" ifadəsinin istifadə edilməsi bu
iddiaların yalan olduğunu isbat edib. Xatırladaq ki, Keyt ilə
Uilliam 29 aprel 2011-ci ildə Londondakı "Westminster Katedral"ında
təşkil edilən möhtəşəm mərasimlə ailə həyatı qurublar. Cütlüyün
keçən ay körpə gözlədikləri açıqlanıb. İngiltərə kral taxtının
üçüncü sıradakı varisi olacaq körpənin cinsiyyəti isə hələ müəyyən
deyil. Cütlük daha əvvəl mətbuata verdiyi müsahibələrində, qız ya
da oğlan fərqi yoxdur, amma iki uşaq istədiklərini bildiriblər.