Baş prokurordan Rza Zərrabla bağlı açıqlama

18 Oktyabr 2016 13:27 (UTC+04:00)

Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Nyu-Yorkun baş prokuroru federal hakimin Rzanın iddianaməsini tamamilə rədd etdiyini açıqlayıb.

Zərrabın vəkilləri prokurorların "xarici bir ölkənin hüququna görə qanunsuz olmayan bir işi görən əcnəbi vətəndaşı ittiham edərək vəzifə səlahiyyətlərini aşdığını" iddia etmişdilər. Lakin bu tələb məhkəmə qarşısında əsassız sayılıb.