Ən yaxşı loqonu hazırla, 80 min dollar qazan!

15 Yanvar 2013 15:38 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İnternet nəhəngi "Google" uşaqlar üçün hər il təşkil etdiyi "Loqo 4 Google" üçün müraciət toplamağa başlayıb. Yalnız ABŞ sərhədlərində 12-ci sinifə qədər olan tələbələrin iştirak edəcəyi yarışda şirkət ən yaxşı loqonu axtarır. "Google"ın bu il üçün təyin etdiyi loqo mövzusu  isə "My Best Day Ever" yəni "Həyatımdakı ən yaxşı gün" olub. Müsabiqənin qalibinə 30 min dollarlıq təhsil təqaüdü veriləcək. Şagirdin oxuduğu məktəb isə 50 min dollar dəyərində texnoloji infrastrukturla təmin ediləcək. Həmçinin seçilən loqonun "Google"ın əsas səhifəsində bir gün ərzində qalacağını milyonlarla insanın görəcəyini bildirib.