"Qəbələ" Cavid Hüseynovla müqavilə imzaladı

18 Oktyabr 2016 14:00 (UTC+04:00)

"Qəbələ" İdman Klubu futbolçu Cavid Hüseynovla müqavilə imzalayıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, anlaşmanın müddəti mövsümün sonuna kimidir. Sabahdan etibarən futbolçu məşqçilər korpusunun proqramına əsasən çalışmalara başlayacaq.

Futbolçunun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına müraciət olunub.