Rusiya Patriarxı "Telegram"da kanal açdı

18 Oktyabr 2016 21:00 (UTC+04:00)

Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin mətbuat xidməti "Telegram" messencerində kanal açıb.

Movqe.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

Abunəçilər burada (telegram.me/patriarch_press) Patriarx Kirillin həyatı və fəaliyyəti barədə məlumat ala biləcəklər.

Qeyd edək ki, Moskva və Bütün Rusiyanın Patriarxı "VKontakte", "Facebook" və "Twitter" sosial şəbəkələrində də profilə malikdir./lent.az/