Yaponiya hökuməti mübahisəli dörd Cənubi Kuril adasından ikisi
üzərində Rusiyanın hüququnu tanıya bilər.
Movqe.az-ın verdiyi xəbərə görə, bu barədə “Kyodo” agentliyinə
Yaponiya hökumətindəki mənbə bildirib.
Tokio sülh sazişinin əldə edilməsində irəliləyişə nail olmağa ümid
edir və Vladimir Putinin Yaponiyaya dekabrda planlaşdırılan səfəri
ərəfəsində “danışıqların aparılması strategiyasını dəyişir”.
Baş nazir Sindzo Abe hökumətinin yeni mövqeyinə əsasən, Tokio Kuril
adalarından ərazi baxımından kiçik olan ikisi üzərində Moskvanın öz
hüququnu saxlamasını təklif edə bilər.
Məlumata əsasən, Yaponiya hökuməti Rusiya ilə danışıqlarda Cənubi
Kuril adaları üzərində öz suverenliyini iddia etməməyə hazırdır,
çünki bu cür mövqe danışıqları dalana dirəyə bilər.
Tokionun rəsmi mövqeyi indiyədək Kunaşir, Şikotan, İturup və
Xabomai adalarının əzəli Yaponiya torpaqları olması iddiasından
ibarət idi.
Kyodo” agentliyi həmçinin qeyd edir ki, Tokio “adaların
qaytarılması” ifadəsindən imtina edərək, onu daha yumşaq olan
“adaların verilməsi” termini ilə əvəzləməyə hazırdır./apa/