Səudiyyə Ərəbistanında şahzadə edam olundu

19 Oktyabr 2016 10:37 (UTC+04:00)

Səudiyyə Ərəbistanı hökuməti 3 il əvvəl törətdiyi cinayətə görə şahzadə Turki ben əl-Kəbiri edam edib.

Movqe.az-ın verdiyi məlumata görə, şahzadə əl-Tumam rayonunda Ər-Riyad ətrafında düşmənçilik etdiyi şəxsə atəş açıb. Hadisə nəticəsində həyatını itirən kişinin ailəsi münaqişəyə son qoymaq üçün təklif olunan “qan pulu”ndan imtina edib.

Qeyd olunur ki, edam prosesi kralın razılığı əsasında həyata keçirilib./qafqazinfo.az/