Pentaqon rəhbəri Türkiyəyə gəlir

19 Oktyabr 2016 11:55 (UTC+04:00)

Pentaqonun rəhbəri Eşton Karter oktyabrın 21-də Türkiyəyə səfər edəcək.

Movqe.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, E.Karter Türkiyə rəsmiləri ilə görüşlər keçirəcək.

Müzakirələrin mövzusu Suriya böhranı və İraqdakı vəziyyət olacaq.

Pentaqon rəhbəri Ankaradan sonra BƏƏ, Fransa və Belçikaya səfər edəcək.