Buffon: "Mənim dəfn mərasimimi təşkil edə bilərlər"

19 Oktyabr 2016 12:28 (UTC+04:00)

"Juventus" Çempionlar Liqasının 3-cü turunda "Lion"la qarşılaşmadan qalib ayrılıb 1-0.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, matçın əsas qəhrəmanlarından olan qapıçı Canluici Buffon qarşılaşmadan sonra son günlər ünvanına səslənən tənqidlərə cavab verib: "İnsanlar mənim dəfn mərasimi təşkil edə bilərlər, ancaq ora heç kim gəlməyəcək. Bu sözüm hörmətsiz və ədalətsiz fikir bildirən insanlaradır. Mənim haqqımda deyirlər ki, tənqidə dözümsüzəm. Ancaq elə deyil. Son həftələrdə mən çox sayda axmaqlıq və yalnız bir düzgün şərh eşitmişəm: "Mən Buffondan bundan artığını gözləyirəm". Bax, bu düzdür, mən bununla tam razıyam".

Xatırladaq ki, "Juventus"un minimal hesablı qələbəsi ilə yekunlaşan matçda Buffon penaltini dəf etmişdi. Bu Buffonun Çempionlar Liqasında 13 ildən sonra qaytardığı ilk penalti idi.