İran nüvə silahı ilə bağlı açıqlama verib
15 Yanvar 2013 16:12 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İran Xarici
işlər nazirliyi Spikeri Ramin
Mihmanpərəst dünyanın nüvə
silahlardan təmizlənilməsini
müdafiə etdiklərini bildirərək,
bu silahlara sahib
ölkələri qaydalara riayət etməyə çağırıb.
O, bu gün təşkil etdiyi
həftəlik adi mətbuat
konfransında ölkəsinin nüvə
silahlara dair fikir
və siyasətlərini açıqlayıb.
"İran İslam
Respublikası, kütləvi qırğın
silahlarının istifadən boyun qaçırdığını
dəfələrlə elan etmişdir"
deyən Mihmanpərəst, Orta
şərqin nüvə silahlarından
təmizlənilməsini istəyən ilk
ölkə olduqlarını
söyləyib. Mihmanperest,
"Nüvə silahlaraına sahib
ölkələr qanunları pozur.
Tez bir vaxtda, nüvə
silahlarından təmizlənməlidirlər"
deyib.
Dini lider Ayətullah
Əli Xameneyinin,
"Nüvə silahlarının
istehsalı, alınması və
istifadəsi haramdır"
sözlərinin onlar üçün
vacib olduğuna diqqəti çəkən
Mihmanpərəst, "Bu fətva
bizim üçün ən
uca talimatdır" deyə sözlərinə
əlavə edib.