Qəribə qərar: Tutulan hər siçana görə 2 manat pul

19 Oktyabr 2016 15:06 (UTC+04:00)

İndoneziyanın paytaxtı Cakartada yaşayanlar "pula pul deməyəcəklər".

Movqe.az bildirir ki, Cakarta valisi yeni layihəyə imza atıb. Belə ki, yeni layihəyə əsasən, Cakarta sakinləri tutduqları hər siçana görə 1.5 dollar (təxminən 2 manat yarım) pul alacaqlar.

Bu layihə Cakartada küçələrin təmiz saxlanılması, yoluxucu xəstəliklərin yayılmaması üçün nəzərdə tutulub./milli.az/