PAOK 25 futbolçu ilə gəlir

19 Oktyabr 2016 16:48 (UTC+04:00)

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK Yunanıstan hazırlıqlarını başa vurub.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Saloniki təmsilçisi Bakıya yola düşüb.

Sabah III tur çərçivəsində Ağdam təmsilçisinin qonağı olacaq yunanıstanlılar Bakıya 25 futbolçu ilə gəlirlər. Baş məşqçi Vladimir İviç oyunöncəsi son məşqini bu gün paytaxtımızda keçəcək.