Baldızına 10 bıçaq zərbəsi vuran şəxsə hökm oxundu

19 Oktyabr 2016 17:00 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Aslan Hüseynovun cnayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Movqe.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Hüseynov 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yaşayan 1967-ci il təvəllüdlü A.Hüseynov aralarında yaranan mübahisə zamanı baldızı Hicran Məhərrəmzadəni bıçaqlayıb. Yaralı təcili yardımla Respublika Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər H.Məhərrəmzadədə 10 bıçaq xəsarəti aşkarlayıblar. Hadisə zamanı A.Hüseynov da xəsarət alıb. A.Hüseynov polislərə bildirib ki, baldızı onun evinə gələrək bıçaqla ona hücum edib. O da bıçağı baldızının əlindən alaraq ona vurub.

A.Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub./trend/