Azərbaycanın dövlət dilində hüquqi aktlarının rəsmi qəzetlərdə
dərc olunması qaydası müəyyənləşib.
Movqe.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham
Əliyevin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli
304 VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi
aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 16 fevral tarixli 384 nömrəli fərmanında dəyişikliklər
edilməsi haqqında 18 oktyabr 2016-cı il tarixli fərmanında əksini
tapıb.
Fərmana əsasən Konstitusiya, referendumda qəbul edilmiş aktlar,
Konstitusiya qanunları, həmçinin onların tətbiqi ilə bağlı
Azərbaycan prezidentinin fərman və sərəncamları “Azərbaycan” və
“Xalq qəzeti” qəzetlərində, qanunlar və onların tətbiqi ilə bağlı
Azərbaycan prezidentinin fərman və sərəncamları “Azərbaycan”
qəzetində, Azərbaycan prezidentinin digər fərman və sərəncamları,
habelə Nazirlər Kabinetinin qərarları “Xalq qəzeti”ndə dərc
olunacaq./apa/