Neftin qiyməti ilə bağlı şad xəbər

20 Oktyabr 2016 11:06 (UTC+04:00)

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,66 dollar və yaxud 3,18% artıb. Movqe.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 53,82 dollara bərabər olub.

Dünya bazarında isə neft ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar azalaraq 51,38 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar azalaraq 52,54 dollar olub.