Müğənni Elnarə Xəlilova ilə Səidə Sultan arasında qalmaqal
getdikcə dərinləşir. Movqe.az xəbər verir ki, S.Sultanın ad
çəkmədən sosial şəbəkədə yazdığı kəskin fikirlərin Elnarəyə aid
olduğu deyilir. Səbəb də Elnarənin Səidəyə musiqi öyrətməsi barədə
səsləndirdiyi fikirlər olub.Elnarə Səidə ilə aralarında yaranan
qalmaqala aydınlıq gətirib. Səidənin “W-trio” qrupuna gəlməsindən
danışan Elnarə onu qrupa gətirdiyini təsdiq edəcək şəxsin də
olduğunu əlavə edib. O, müəllimi və “W-trio”nun yaradıcısı,
bəstəkar Vaqif Gərayzadənin tapşırığı ilə heyətə yeni üzvün
tapılmasını Elnarəyə həvalə etdiyini deyir: “Kimin yalan - kimin
gerçək dediyini yalnız bir insan sübut edə bilər. O da Vaqif
Gərayzadədir. Röya qrupdan gedəndə məhz o, mənə tapşırdı ki,
Röyanın yerinə adam tapım və hazırlayım. Mən də Azərbaycanda
keçirilən müsabiqələri araşdırmağa başladım. Tembr baxımından da
maksimum Röyanın səsinə yaxın qız olmalı idi”.
“Bakı Payızı” müsabiqəsinə gələn Elnarə Səidəni ilk dəfə orada
dinlədiyini deyir. Onunla tanış olaraq V. Gərayzadənin yanına
aparır: “Ona yaxınlaşdım və bizim qrupda çalışmaq təklifini etdim.
Bir yerdə Vaqif müəllimin yanına getdik, onları tanış etdim. Vaqif
müəllim onu dinlədi və qrupa götürdü. Mənə də ona qrupun
repertuarını öyrətməyi tapşırdı. İki ay sərasər Səidə ilə məşğul
oldum, onu qrupa hazırladım. Yenə də deyirəm, halal xoşu. Ondan
sonra Səidə “W-trio”da oxumağa başladı. Yalan ayaq tutar, amma
yeriməz. Əgər mənə inanmırsınızsa, gedin Vaqif müəllimdən soruşun.
Bu qədər. Burada da bu münaqişəyə son qoyulmasını və bir daha
adımın Səidə ilə yanaşı hallanmasını istəmirəm. Allah hamının
ürəyinə görə versin və verir də”.