Futbol üzrə Azərbaycan yığma komandası 45 pillə irəlilədi

20 Oktyabr 2016 15:20 (UTC+04:00)

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə 45 pillə irəliləyən Azərbaycan milli komandası 404 xalla 88-ci pillədə qərarlaşıb. Növbəti reytinq cədvəli noyabrın 24-də açıqlanacaq.