Məşhur markalar artıq 40 yaşlı modellərə üstünlük verir
15 Yanvar 2013 17:07 (UTC+04:00)
Movqe.az xəbər verir ki, bütün dünyada
məşhur markalar son
illərdə koleksiyonlarının
təqdimatını 40 yaşlarını
ötən aktyor və
modellərə əmanət edir.
Prodüserlər, rejissorlar,
məhsullarını geniş kütlələrə
çatdırmaq istəyənlər
ümumiyyətlə gənc və
gözəl qadınları seçir.
Lakin son dövrdə
bu anlayış dəyişməyə
başlayıb. Xüsusilə
moda dünyasının qabaqcıl
adları, yeni
koleksiyonlarının təqdimatını
40 yaşlarını yaşayan
məşhurlara əmanət edir.
Son dəfə 44
yaşlı məşhur aktyor
/ model Stephanie
Seymour; Jason Wu
markasının 2013 yaz
/ yaz kolleksiyasının
təqdimatı üçün kamera
qarşısına keçmişdi.
Monica
Bellucci
49 yaşlı İtalyan
aktrisa Monica Bellucci,
dünyanın qabaqcıl
markalarından "Dolce &
Gabbana"ın ötən ilki
kampaniyasının üzü
olmuşdu.
Helena Christensen
40 yaşlı aktyor
və modellərlə iş
modasını başladan marka
olan Reebok; 2010-cu ildə,
o zaman 41
yaşında olan keçmiş
top modellərdən Helena
Christenseni seçmişdi.
Stephanie
Seymour
44 yaşlı Stephanie
Seymour, "Jason Wu"
markası üçün kamera
qarşısına keçmişdi.
Juliane MOORE
Holivudun ən yaxşı
aktyorlarından biri olaraq
göstərilən 49 yaşlı
Julianne Moore, ötən illərə
baxmayaraq gözəlliyindən heç
nə itirməyib. Məşhur
aktrisa ötən il
"Bulgari" markasının üzü
olmuşdu.