Savçenko yenə qalmaqal saldı

20 Oktyabr 2016 23:00 (UTC+04:00)

Ali Radanın işi iflic oldu keçmiş məhbus, ukraynalı deputat Nadejda Savçenko Ali Radanın təhlükəsizlik və müdafiə üzrə komitəsinin iclasında qalmaqal yaradıb. Savçenko etiraz əlaməti olaraq iclası tərk edib. Bunun nəticəsində iclasın fəaliyyəti dayanıb. Komitə üzvləri deyiblər ki, Savçenkonun hərəkətinə görə, 2017-ci il üçün hərbi büdcəyə baxılması və sanksiyaların genişləndirilməsi məsələsi həll olunmamış qalıb.

Ali Radanın deputatları deyiblər ki, bu cür nalayiq hərəkətləri ilə keçmiş hərbi qulluqçu yalnız özünə piar qazanmağı hədəfləyir.