Britaniya: “AB Rusiyaya güclü cavab verməlidir”

20 Oktyabr 2016 21:15 (UTC+04:00)

Avropa Birliyi gərək Rusiyaya təzyiqini davam etdirsin. Axar.az xəbər verir ki, bunu Avropa Birliyi ölkələri liderlərinin Brüsseldəki sammitindən öncə jurnalistlərə verdiyi açıqlamasında Böyük Britaniyanın Baş naziri Tereza Mey söyləyib.

Onun sözlərinə əsasən, AB Moskvaya Suriyadakı fəaliyyətinə görə güclü cavab verməlidir. O, məhz Britaniyanın Rusiyanın Suriyadakı fəaliyyəti məsələsinin AB ölkələrinin liderlərinin sammitində müzakirə olunmasını tələb etdiyini bildirib.