3-cü dəfə əməliyyatdan sonra Coşqun canlı yayımda - FOTOLAR

21 Oktyabr 2016 10:15 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl "Bu şəhərdə"nin sevilən aktyoru Coşqun Rəhimov əməliyyat olunmuşdu.
Movqe.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən əməkdar artist 3-cü dəfə əməliyyat masasına uzanmışdı. Uğurlu əməliyyatdan sonra C.Rəhimov ilk dəfə canlı efirə çıxıb.

O, Xəzər TV-də yayımlanan "Nəsib olsa" verilişinin qonağı olub. Səhhəti ilə bağlı məlumat verən aktyor bildirib ki, sağlamlığı ilə bağlı hər şey qaydasındadır. Amma aktyorun boğazındakı yara və görünüşündəki şişkinlik diqqət çəkib.

C.Rəhimovun verilişdən görüntülərini təqdim edirik/big.az/:

3-cü dəfə əməliyyatdan sonra Coşqun canlı yayımda - FOTOLAR

3-cü dəfə əməliyyatdan sonra Coşqun canlı yayımda - FOTOLAR