Hava fişəngindən kor oldular

15 Yanvar 2013 18:04 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hollandiyada yeni il qeyd edərkən partladılan hava fişənglərinin nəticəsində 23 adam kor olub. Haaqa-Hollandiya Göz Həkimləri Birliyi (nog) tərəfindən verilən məlumata görə, yeni ildə istifadə edilən hava fişənglərinə görə bu il cəmi 264 adamın gözünün zərər gördüyü bildirilib, 101 adamda qalıcı ziyan meydana gəlib. NOG'un araşdırmalarına görə, 264 adamın 155-i öz partlatdıqları hava fişənglərinə görə, 109-u isə fişəngləri izləyən zaman qəzalara məruz qalıb. Göz Həkimləri Birliyinin məlumatlarına görə, ölkə daxilində son 5 ildir yeni il mərasimində eyni səbəbdən kor olanların ümumi sayı 111 nəfərdir.