"Son günlər bəzi kütləvi informasiya vasitələrində Ədliyyə
Nazirliyinin Penitensiar xidmətinin tabeçiliyində olan ayrı-ayrı
müəssisələrdə, o cümlədən 13 və 6 saylı cəzaçəkmə müəssisələrində,
Bakı İstintaq Təcridxanasında məhkumlara qarşı qanuna zidd
hərəkətlərin törədilməsi, cəza çəkənlər arasında kütləvi
iğtişaşların baş verməsi, müəssisələrə xüsusi təyinatlı dəstələrin
yeridilməsi, məhkumlardan, eləcə də onlara baş çəkən qohumlarından
pul tələb edilməsi kimi həqiqəti əks etdirməyən məlumatlar dərc
edilir".
Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən
bildirilib.
Qeyd olunub ki, Penitensiar Xidmətin rəhbərliyi və kollektivi bu
kimi böhtan xarakterli və qərəzli məlumatların son zamanlar
xidmətdə aparılan müsbət işlərə kölgə salmaq, əhalidə çaşqınlıq,
cəza çəkənlər və onların yaxın qohumları arasında əsassız
narahatçılıq yaratmaq məqsədi daşıyır. Penitensiar xidmət bir daha
ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nəzərinə
çatdırır ki, bu gün bəzi saytlarında "Bakı istintaq təcridxanasında
qiyam: qoşun yeridildi” başlıqlı məlumatın heç bir əsası yoxdur və
böhtan xarakterlidir, tabeçilikdə olan cəzaçəkmə müəssisələrində və
istintaq təcridxanalarında əməliyyat şəraiti sabitdir, tam nəzarət
altındadır, cəzaların icrası və çəkilməsi qaydalarına, mövcud
qanunvericiliyin tələblərinə tam uyğun şəkildə riayət olunur”.
Qeyd edək ki, bu gün bəzi saytlar Bakı İstintaq Təcridxanasında
dustaqların qiyam etməsi barədə məlumat yayıb. Məlumatda
dustaqların təcridxananın vəzifəli şəxslərinə hücum etdiyi,
təcridxananın rəisi və rəis müavininə xəsarət yetirdiyi qeyd
olunub.