Ələt-Astara yolunda dəhşətli qəza

15 Yanvar 2013 17:43 (UTC+04:00)
Azərbaycanda ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsindən verilən məlumata görə, hadisə Biləsuvar rayonunun Alar kəndində qeydə alınıb. Ələt-Astara yolunun 123-cü kilometrliyində "Qazel" markalı, 01 BG 479 dövlət nömrə nişanlı mikroavtobus qarşıdan gələn "VAZ 21-06 " markalı, 44 BB 575 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan 1937-ci il təvəllüdlü Ülfət Qasımova dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər 1974-cü il təvəllüdlü Zəhra Rzayeva, 1961-ci il təvəllüdlü Ülkər Rzayeva, 1999-cu il təvəllüdlü Mirzə Ağazadə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.