"Bu nəsilsizi..." - Pərvin ailəsini təhqir edənin dərsini verəcək

21 Oktyabr 2016 15:33 (UTC+04:00)

Aktrisa Pərvin Abıyevaya izləyicilərindən birinin xoşagəlməz sözlər yazması onu özündən çıxarıb.

Aktrisa İnstagram səhifəsində həmin şəxsin profilini paylaşaraq bu sözləri yazıb:

"Bu nəsilsizin sözlərinə görə, hamının gözü önündə onun dərsini verəcəm, özü də aidiyyəti orqan və polislər də bu işə qarışacaq. Kimsə mənə hansısa söz deyə bilər, təhqir edə bilər və onu bloka ataram. Amma mənim ailəmin, valideynimin adını heç kim tuta bilməz! Deyəsən, Mehdi müəllimin pulu çoxdur. Atamı və valideynlərimi öldürüb, yas qurub, hələ üstəlik məşhur müğənnilərini çağırıb şənlik edəcək! Görək də özünü necə xilas edəcək".

"Bu nəsilsizi..." - Pərvin ailəsini təhqir edənin dərsini verəcək