Bu gündən etibarən "WhatsApp" dəyişdi

21 Oktyabr 2016 20:00 (UTC+04:00)

Məşhur mesajlaşma proqramı "WhatsApp" daha bir yenilik edib.

Movqe.az "Hürriyet"ə istinadla bildirir ki, yenilik "İOS" platformalı telefonlar üçün nəzərdə tutulub. Belə ki, yeniliyə əsasən, artıq "iPhone" modellərində də şəkil və videonun üzərində yazı yazıb göndərmək mümkün olacaq.

Qeyd edək ki, Android platformalı telefonlar üçün bu xususiyyət oktyabr ayının əvvəlində təqdim edilib.