TQDK "Təqvim planı”nı təsdiqlədi

21 Oktyabr 2016 16:46 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “2016/2017-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin "Təqvim planı”nı təsdiqləyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən məlumata görə, plana uyğun olaraq, təhsil şöbələri və ümumtəhsil müəssisələri bəzi işlər görməlidirlər: "Onlardan xahiş olunur ki, cari tədris ilində görüləcək işlərin təqvim planında göstərilmiş tarixlər üzrə yerinə yetirilməsini, o cümlədən ümumi təhsil səviyyəsində buraxılış imtahanlarının yeni təhsil proqramları (kurikulumları) əsasında birinci mərhələsinin keçirilməsi məqsədilə IX sinif şagirdlərinə aid məlumatların 01.11.2016 tarixdən 15.01.2017 tarixədək “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər".