"Araz"ın rəqibləri müəyyənləşdi

21 Oktyabr 2016 17:44 (UTC+04:00)

Bu gün futzal üzrə UEFA Kubokunun elit mərhələsinin püşkü atılıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, komandalar püşkatma zamanı 3 səbətdə yer alıb.

İkinci səbətdə olan Azərbaycanın "Araz" klubu B qrupunda yer alıb. Təmsilçimiz "Araz" Rusiyanın "Yugra", Almaniyanın "Hamburg Panters" və Xorvatiyanın "Zagreb" komandaları ilə mübarizə aparacaq.