"Bu şəhərdə" gileyləndi: "Müğənnilər yatır"

23 Oktyabr 2016 17:30 (UTC+04:00)

"Bu şəhərdə" komandası şou-biznesdəki durğunluqdan gileylənib.

Movqe.az-ın məlumatına görə, əməkdar artistlər Coşqun Rəhimov, Rafael İsgəndərov, ssenarist Müşviq Abbasov "Xəzər maqazin"ə açıqlamasında müğənnilərin heç bir yenilik etmədiyini deyib.

R.İsgəndərov noyabrda baş tutacaq solo konsertlərində əcnəbi müğənniləri və verilişləri parodiya edəcəklərini deyib.

C.Rəhimov "İndi müğənnilərin hamısı yatır. Çalışdıq ki, kimisə parodiya edək. Artıq neçənci konsertdi yerli müğənniləri parodiya edə bilmirik. Nə qədər əl atırıqsa, boşa çıxır" deyə, bildirib.

M.Abbasov isə şou aləmindəki durğunluq haqda bunları söyləyib:

"Parlaq heç nə yoxdur, dəhşətir. Şou-biznes 10 il bundan əvvəlki kimi deyil"./axşam.az/