Azərbaycanda 11 yaşlı oğlan yol qəzasında öldü

24 Oktyabr 2016 11:12 (UTC+04:00)

Gədəbəydə ağır yol qəzası baş verib. Movqe.az-ın məlumatına görə, rayonun Slavyanka kəndi ərazisində "Niva" və "Mitsubishi" markalı iki minik avtomobili toqquşub. Nəticədə "Niva"da olan 11 yaşlı oğlan aldığı xəsarətlərdən vəfat edib. Avtomobili idarə edən 41 yaşlı sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır./lent.az/