"Bəzi axmaqlar...yazığım gəlir" - Elza ilə Xatun bir-birini qırdı

24 Oktyabr 2016 13:14 (UTC+04:00)

Müğənni Xatun Əliyevanın icazəsiz əməkdar artist Elza Seyidcahanı parodiya etməsi onlar arasında qalmaqal yaşanmasına səbəb olub.

Movqe.az xəbər verir ki, E.Seyidcahan onu parodiya etdiyi üçün Xatunun ünvanına sərt ifadələr işlədib:

"Bəzi uğursuzlar var ki, səhnəyə gəlmək istəyirlər. Onu-bunu karikatura edə-edə qabağa gedirlər. Görək nə vaxta qədər gedəcəklər, o insanlara sadəcə yazığım gəlir. Çünki öz həyatlarını yaşamırlar. Bizdən icazə almadan parodiya edirlər, bizim haqqımızda danışırlar. Bəzi axmaqlar ağıllılara təzyiq göstərirkər ki, siz aqressiv danışırsınız. Siz özünüzə bir yol tapın, özünüz olmağa çalışın".

X.Əliyeva da "10-dan sonra" verilişində Elza xanımın bu fikirlərini cavabsız qoymayıb. E.Seyidcahanın ifaçı Şəhla Həmidovaya dediyi sözlərə görə qınayıb:

"Elza xanım, insan məzlumun zalımı olmaz. Zalımın zalımı olar. Ötən dəfə də Şəhla ilə...Onunla nə işin var? Niyə qarğış alırsan? Son zamanlar sizin aqressiyanız var. Gərək heç kimi aşağılamayasan. Ən azından Allahdan qorxmaq lazımdır"./big.az/