Tanınmış ifaçının cavan qardaşı qəfil öldü

24 Oktyabr 2016 14:55 (UTC+04:00)

Müğənni Rahidə Baxışovanın ailəsində ağır itki baş verib.

Movqe.az xəbər verir ki, ifaçının cavan qardaşı rəhmətə gedib.

Bu barədə aparıcı Lalə Əlimuxtarova sosial şəbəkədə xəbər yayıb:

"Rahidə cavan qardaşını itirdi. Allah heç kimə ağır itki nəsib etməsin. Ayın 25-də 3 mərasimidir. Gəlmək istəyən mənimlə əlaqə saxlasın".