Taliban Əfqanıstanda xaşxaş sahələrini böyüdür

24 Oktyabr 2016 18:22 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayət İdarəsi xaşxaş və tiryək əkini ilə bağlı son araşdırma nəticələrini açıqlayıb.


Movqe.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dünyanın ən böyük heroin istehsalçısı olaraq bilinən Əfqanıstanda Taliban İslam Təşkilatı gücləndikcə ölkədəki xaş-xaş əkin sahələrinin sayı da artır.

Dairənin son hesabatında qeyd olunub ki, xaşxaş yetişdirilən ərazilərin sayı 2016-cı ildə 10 faiz artımla 201 min hektara çatıb. Ölkədəki tiryək istehsalı da 2015-ci illə müqayisədə 43 faiz artaraq 4 min 800 tona yüksəlib.