Sneyder: " Tələsik qərar vermək istəmirəm"

16 Yanvar 2013 13:11 (UTC+04:00)

Yaxın günlərdə "Qalatasaray"a transfer olunacağı gözlənilən "İnter"in futbolçusu Uesli Sneyder hazırki durumuna aydınlıq gətirib.

Transferlə bağlı qəti qərarını vermədiyini açıqlayan hollandiyalı futbolçu üzərində böyük təzyiqin olduğunu bildirib.

"Biriləri mənim artıq İstanbulda olduğumu deyir. Xeyr, bu, belə deyil. Mən hazırda İtaliyadayam. Üzərimdə böyük təzyiq var. Tələsik qərar vermək istəmirəm. Bütün futbolçular kimi mənim də yanvarın 31-dək vaxtım var. Hər kəs kimi mən də düşünərək düzgün qərar vermək niyyətindəyəm. Bunun pulla əlaqəsi yoxdur. Həyatımla bağlı çox önəmli qərar verəcəyəm və bu, heç də asan olmayacaq".

Qeyd edək ki, Türkiyə mətbuatı Sneyderin artıq "Qalatasaray"la anlaşdığını yazır.