"Qəbələ" "Sumqayıt"ın, "Qarabağ" "Neftçi"nin qonağıdır

25 Oktyabr 2016 14:27 (UTC+04:00)

Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk oyununda lider "Qəbələ" Sumqayıtda eyni adlı komandanın qonağı olacaq. Son turda "İnter"i məğlub edə bilməyən Qriqorçukun yetirmələri 3 xal qazanmaqla liderliyini möhkəmləndirmək niyyətindədi.

Son çempion "Qarabağ" isə səfərdə "Neftçi" ilə üz-üzə gələcək. Tarixinin ən pis günlərini yaşayan "ağ-qaralar"ın Ağdam klubu ilə oyunda hansı nəticəyə imza atacağı maraqla gözlənilir.

25 oktyabr

16:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cavanşir Yusifov, Azər Əsgərov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə

"Kapital Bank Arena"

19:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

8-ci kilometr qəsəbə stadionu