"Barselona" "Real"dan 18 xal geri qalsaydı, mən qovulardım"

16 Yanvar 2013 13:29 (UTC+04:00)

"Barselona" klubunun baş məşqçisi Tito Vilanova maraqlı açıqlamaları ilə diqqət çəkib.

İspaniyalı mütəxəssis La Liqada çempionluq yarışının hələ davam etdiyini bildirib:

"Hazırda La Liqada lider olmağımıza baxmayaraq, çempionluq yarışı hələ davam edir. Ancaq "Barselona" "Real"dan 18 xal geri qalsaydı, mən qovulardım. Bununla belə, "Real" qarşıdakı bütün görüşlərdə qələbə qazana, biz isə xal itirə bilərik. Ona görə də çempionluq haqda danışmaq hələ tezdir".

Qeyd edək ki, 19 turdan sonra 55 xalla turnir cədvəlinə başçılıq edən "Barselona" əzəli rəqibi "Real"ı 18 xal qabaqlayır.