Şəhərin mərkəzinə vertalyot düşüb

16 Yanvar 2013 14:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda qaldırıcı krana dəyən vertolyotun şəhərin mərkəzinə düşdüyü bildirilib. Qəza nəticəsində vertolyotda yanğın çıxdığı deyilib.Polis qəza nəticəsində ölən ya yaralananların olub-olmadığını söyləməyin hələ tez olduğunu qeyd edib. Vertolyotun bir binanın üstündəki kranla toqquşduğu yazılır. Vauxhall qatar stansiyasının yaxınlığında düşən vertolyotda ilkin təxminlərə görə bir pilotun olduğu ifadə edilir.