Keyxanımın verilişinin bağlanmasından danışdı: " Yuxarı belə qərar ..."

26 Oktyabr 2016 12:42 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, “Space” telekanalında efirə gedən “Bu maraqlıdır” verilişinin yayımı dayandırılıb.

Movqe.az xəbər verir ki, proqramın aparıcısı Ülviyyə Əliyeva açıqlamasında məsələyə münasibət bildirib:

“Biz yaradıcı insanlarıq, nə deyilsə edirik. Əgər yuxarı belə qərar verdisə, verilişin bağlanmasını tələb etdisə, demək məsləhət belə imiş. Onlar daha yaxşı bilirlər, biz nə deyə bilərik. Qismət olsa, başqa bir veriliş hazırlayarıq”.

Qeyd edək ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Bu maraqlıdır” verilişində hər hansı qanun pozuntusu olmasa da, proqramda baş verənlərin efirin toyxanaya çevrilməsi tendensiyasının davam etdiyini söyləyib. O bildirib ki, bu tipli verilişlər xüsusilə “Space”də çoxdur.

Ü.Əliyeva proqramı Ramiz Alışovla birlikdə aparırdı. axsam.az