Dünya əhalisinin üçdə biri smartfon istifadəçisidir

26 Oktyabr 2016 20:00 (UTC+04:00)

Hazırda dünya əhalisinin 31 faizi fəal smartfon istifadəçisidir, 2016-cı ildə onların sayı 2,1 milyard nəfər təşkil edib.

Movqe.az bildirir ki, "Apple" şirkəti bu bazarda ən böyük paya malikdir. Onun payı 34,8 faizdir, sonrakı yeri 23,3 faiz göstərici ilə "Samsung" şirkəti tutur.

Mobil bazarın 2016-cı ildə ümumi qazancı təxminən 45 milyard dollar təşkil edib. Maraqlıdır ki, bu gəlirin 82 faizi oyunlardan əldə olunub. Analitiklər bu bazarda böyük artım olacağını proqnozlaşdırırlar. Onların fikrincə, 2020-ci ilə qədər bu sahənin ümumi qazancı 80 milyard dollar təşkil edəcək.

Tədqiqatlar müəyyən edib ki, dünya əhalisinin 31 faizi (2,1 milyard insan) aktiv smartfon istifadəçisidir və onların sayı durmadan artır. Ən iri bazar Çin bazarıdır. Məhz bu ölkə smartfon istehsalçılarına ən böyük qazancı - 12 milyard dolları gətirib./xezerxeber.com/