“Psixoloji yardım haqqında” qanun layihəsi hazırlanıb

26 Oktyabr 2016 13:45 (UTC+04:00)

Azərbaycanda uzun zamandır müzakirəsi gözlənilən “Psixoloji yardım haqqında” qanun layihəsi artıq hazırlanıb.

Movqe.az-ın məlumatına görə, qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

7 fəsil 23 maddədən ibarət olan qanun layihəsində psixoloji yardımla bağlı qaydalar, tələblər, şərtlər və bundan irəli gələn məsuliyyət növləri göstərilir.