Hamburgerdən at əti çıxdı

16 Yanvar 2013 15:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, İngiltərənin ən böyük pərakəndə zənciri "Tesco"nun adı at əti qalmaqalına qarışıb. Şirkətin satdığı hamburger ətlərinin 29 faizinin at əti olduğu təsbit edilib. "Tesco" İngiltərədə satdığı bütün məhsulları geri yığır.  At əti qalmaqalı İrlandiyada qida yoxlamalarından sonra ortaya çıxıb. "Tesco" şirkətindən alınan xəbərə görə, qalmaqal istiqamətli araşdırmaların davam etdiyi, ancaq məhsulların insan sağlamlığı üçün zərərli olmadığını bildirib.

"Tesco" at əti qalmaqalından sonra sosial şəbəkə saytlarında da lağ mövzusu olub. İrlandiyada "Twitter"də 1983-cü ilin ən məşhur və güclü yarış atı olan və oğurlandıqdan sonra itkin düşən "Shergar"ın "Tesco" ətlərində yaşadığı istiqamətli zarafatlar edilib.