Təcavüzə qarşı maraqlı tədbir

16 Yanvar 2013 14:59 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Hindistanda təcavüz hadisələrinə tez-tez rastlandığından polis bu cür cinayət hərəkətlərinin qarşısını almaq üçün qəribə tədbirlər almağa başlayıb. Buna görə 16 dekabrda baş verən 23 yaşlı bir gənc qadının ölümü ilə günahlandırılan kütləvi təcavüz hadisəsinin ardınca Mumbaidə polislər qəribə vəzifə almağa başlayıb. Polislər, axşam küçəyə tək başına çıxmış qadınları və ya subay cütləri xəbərdar edərək cinayətlə mübarizə etməyi ümid edir. Polis rəsmisi Ramakant Mahirə, "Subay cütlər subay qadınlar, heç kəsin olmadığı yerlərdə və ya parklarda görüldüyündə oralarda dayanmamaları mövzusunda xəbərdar ediləcək" deyib. Mahirə, cəmiyyətdə dəhşət yaradan təcavüz hadisəsindən sonra belə bir tədbir alındığını təsdiqləyib. Hindli polis, buna uymayan cütlərin 22 dollara qədər pul cəzasına məhkum ediləcəyini, bəzən isə valideynlərinin polis şöbəsinə çağırılacağını söyləyib.