Trampdan iddia: Klinton seçilsə, III Dünya müharibəsi baş verəcək

26 Oktyabr 2016 16:47 (UTC+04:00)

ABŞ prezidentliyinə Donald Tramp rəqibi Hillari Klinton və Suriya siyasəti haqqında danışıb.

Movqe.az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, D.Tramp ölkəsinin əsas diqqəti Suriyada İŞİD məsələsinə yönəltməli olduğunu bildirib:

"Artıq sadəcə Suriya ilə savaşmırsınız. Suriya, İran və Rusiya ilə də savaşırsınız".

Respublikaçı namizəd iddia edir ki, Hillari Klinton seçilsə, Suriya məsələsi Üçüncü Dünya müharibəsi ilə nəticələnəcək.