Çılpaq şəkil hamının diqqətini çəkib

16 Yanvar 2013 15:26 (UTC+04:00)
Movqe.Az bildirir ki, Gecə paltarını "eBay" vasitəsilə satmaq üçün fotoşəkilini çəkən istifadəçi kadrı sayta yükləyib. Gənc qadının çılpaq görünüşünün əks olunduğu fotoşəkil ictimai mediada minlərlə adam tərəfindən paylaşılıb. İngilis qadın paltarlarını internetdə satmaq istəyən hər kəsin etdiyi bir şeyi edib və gecə paltarını "eBay"da satmaq üçün paltarın fotoşəkilini çəkərək saytda yayımlayıb. Lakin şəkildə görmədiyi bir detal var idi: fotoşəkili çəkərkən paltarın arxasından əks olunan çılpaq görünüşünün də "eBay"da yayımlandığına fikir verməməsi. "eBay" idarəçiləri internetdə yayılan bu şəkili saytdan qaldıran zaman Oksfordşayrda yaşayan istifadəçi bu dəfə üzərinə uzun bir tunik geyərək çəkdiyi fotoşəkili sayta geri yükləyib. 130-dan çox qiymət təklifi alan paltar, istifadəçilər arasında da günün mövzusuna çevrilib. "Şok paltar" olaraq təyin olunan gecə paltarı cümə axşamı gününə qədər saytda qalacaq.